Orta əsr şəhərlərinin qala divarlarından xaricdəki hissəsi.
Şəhər əhalisinin ticarət və kənd təsərrüfatı ilə məşğul olan təbəqəsi, adətən, B.-lərdə yaşayıb. B.-lərdə binalar plansız, sərbəst şəkildə tikilib, burada çoxlu bağlar salınıb. Orta əsr Bakısının İçərişəhərdən kənar hissəsini B.-ə nümunə göstərmək olar.
Tarix terminləri lüğəti