Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

barmaq [barmax] isim

1. İnsanın və bəzi heyvanların əl və ayaqlarının qurtaracağındakı beş mütəhərrik üzvdən hər biri, əlcəkdə barmaq keçirilən yer.Bal tutan barmaq yalar (Atalar sözü). Beş barmağın beşi də bir olmur. (Atalar sözü).
2. Maşın və mexanizmlərin milə oxşar girdə hissəsi, detalı.
3. Təkərlərin dəndənəsindən çənbərinə qədər uzanan çubuqların hər biri.
4. Məhəccər, sürahi ağacı.
5. Yaba və şananın hər bir dişi, ucu.
6. Ədəbiyyatşünaslıq. Şeirdə heca ölçüsü, misralardakı hecaların sayına əsaslanan ölçü.
7. Musiqi. Çalğıçının əsas musiqi melodiyasına uyğun olaraq əlavə etdiyi ahəng; simli musiqi alətində (tar, kamança, saz və s.) çalan müəyyən ifaçının işlətdiyi və yalnız ona xas olan xırda musiqi ibarələri. ..nümayiş etdirmək üçün çalınan musiqinin əsas melodiyası ilə həmahəng olan yeni “guşələr”, “xallar”, “barmaqlar” əlavə etməyə çalışmışdır. (Ə.Bədəlbəyli).
8. Tənək, nar və s. bu kimi kolların, yaxud çiçəklərin şitil çubuğu.
9. Numerativ söz kimi: azacıq, çox az, çox kiçik, çox xırda, bir tikə və s. təxmini ölçü vahidi. Çubuğun ortasından dörd barmaq qədər kəsib götürmək. Bir barmaq doşab.

See also:

frazeologizm: barmağı ağzında qalmaq frazeologizm: barmağı bala batmaq frazeologizm: barmağı olmaq (işləmək) frazeologizm: barmağına dolamaq frazeologizm: barmağında oynatmaq frazeologizm: barmağını da tərpətməmək frazeologizm: barmağını dişləmək frazeologizm: barmağını gözünə soxmaq frazeologizm: barmağını ilişdirmək frazeologizm: barmağını kəssən, xəbər tutmaz frazeologizm: barmağını sormaq frazeologizm: barmaq qoymaq frazeologizm: barmaq silkələmək frazeologizm: barmaq uzatmaq frazeologizm: barmaq yeri frazeologizm: barmaq yeri qoymaq frazeologizm: barmaqla göstərilmək frazeologizm: barmaqla sayılmaq frazeologizm: barmaqları qızıldır frazeologizm: bir barmaq qatıqdan ötrü tuluğu dəlmək frazeologizm: bir işdə barmağı (əli) olmaq frazeologizm: xeyir gələn yerə papaq (barmaq) tıxamaq frazeologizm: ingilis barmağı frazeologizm: işıq gələn yerə barmaq tıxamaq frazeologizm: qulağına pambıq (barmaq) tıxamaq frazeologizm: şeytan barmağı say: bir barmaq Azərbaycan dilinin izahlı lüğəti