Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

baldırğan

heracleum

Çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsi.

Gövdələri hündür, içi boş, yarpaqları iri və lələkvari bölümlü, bəzən sadədir. Çiçəyi ağ vəya sarımtıl yaşılaçalan rənglərdə ola bilər. Şərq yarımkürəsinin mülayim qurşağında 70-dən çox növü var. Yarpaq və meyvələrində efir yağı olur. Texniki, dərman, efir yağlı, ədviyyatlı, qida əhəmiyyətli, yem təbiətli və dekorasiya üçün becərilən növləri vardır. B. supu və salatı orqanizm üçün çox faydalıdır.

Biologiya terminlərinin izahlı lüğəti