Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BAHADIR fars.

bahadır (əslində bahader) sözündəndir. Bahadır kişi adı qorxubilməz, buğa kimi güclü, qüvvətli, igid, cəsur, qəhrəman, pəhləvan anlamlarını ifadə edir.

Qədim adlardan olan Bahadır slavyan dillərinə də keçmişdir. Rus dilindəki boqatır (богатырь) kəlməsi də bahadır sözündəndir. Bəzi mənbələrdə isə əski adlardan olan Batur, Batır, Boğatur, Boğatır, Buğadur adları ilə eyni kökdən olduğu iddia edilir. Adın təhrif olunmuş forması Bahadur da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti