1. İrqi, milli, dini, cinsi, siyasi, sosial mənsubiyyətinə və digər əlamətlərinə görə müəyyən qrup vətəndaşların hüquqlarının məhdudlaşdırılması, yaxud ləğvi, onlara qarşı neqativ və ədalətsiz münasibət, zorakılıq.
İrqi və milli mənsubiyyətinə görə vətəndaşların təqib olunması, onların seçki hüququndan məhrum edilməsi, eyni işə görə qadınlara kişilərə nisbətən az əməkhaqqı verilməsi, siyasi baxışlarına əsasən insanların dövlət qulluğunda çalışmasına qadağalar qoyulması və s. A.S.-yə nümunə ola bilər.
2. Beynəlxalq münasibətlərdə bir dövlətin vətəndaşı, nümayəndəsi, yaxud təşkilatına başqa dövlətin vətəndaşı, nümayəndəsi, yaxud təşkilatına nisbətən az hüquq verilməsi.
Dövlət ona qarşı yönəldilən A-S.-ə retorsiya formasında cavab verir.
Tarix terminləri lüğəti