1. Güzgü. □ Aynanın çatdığı calaq qəbul eləməz. (Atalar sözü).
2. Məcazi mənada: bir şeyi özündə əks etdirən. □ Mətbuat həyatın aynasıdır.
3. Pəncərə, pəncərə şüşəsi. □ Ayna salmaq. Aynadan küçəyə baxmaq. Pəncərənin aynaları qırılıbdır.
4. Məcazi mənada: saflıq duruluq, parlaqlıq, şəffaflıq mənasında təşbih. □ Ayna kimi suyun üzü bərq vurar; Məxmər kimi otun üstü xovlanar. (A.Səhhət).
5. Gözəllik, ağlıq mənasında təşbeh □ Çən alıb dağlar başın; Bağ başın, bağlar başın; Camalın biraynadır; Hər görən bağlar başın (Bayatı).
See also: