yun. autonomia – özünüidarə
Geniş mənada hər hansı orqanın, təşkilatın, ərazinin, etnik və digər birliyin qabaqcadan müəyyənləşmiş prinsiplər çərçivəsində özünüidarə hüququ.
Subyektinə görə A. iki tipdə olur: təşkilatlar və etnik birliklər üçün. Öz fəaliyyətinin spesifikliyinə görə bir çox təşkilatlara (müəssisələrə, banklara, elmi mərkəzlərə, universitetlərə və s.) müstəqil şəkildə operativ və təcili qərarlar qəbul edə bilmək üçün A. verilir. Eyni zamanda dövlətin hər hansı milli-ərazi vahidinə müəyyən məsələləri ölkə konstitusiyası çərçivəsində müstəqil həll etmək məqsədilə daxili özünüidarə hüququ verilə bilər.
Tarix terminləri lüğəti