Reklam
Reklam

Tarix terminləri lüğəti

avstralopitek

lat. australis – cənub + yun. pithekos – meymun

Ali primatlar – insan və meymunların daxil olduğu ali məməlilər qrupuna aid ən qədim və primitiv insan.

A.-lərin qalıqları ilk dəfə 1924-cü ildə Kalaxari səhrasında (Cənubi Afrikada), daha sonra isə Şərqi və Mərkəzi Afrikada aşkar edilib. Təqribən 5,5 mln. il əvvəl meydana gəlmiş A. 1 mln. il əvvələ kimi mövcud olub. A.-lərin müxtəlif yarımtipləri var, onların arasında Tanzaniyanın Olduvay dərəsində tapılmış zincantrop və prezincantropların qalıqları xüsusi maraq doğurur. Təxminən 2 mln. il yaşı olan prezincantroplarla birlikdə Daş dövrünə aid ilk primitiv əmək alətləri də aşkarlanıb. Buna görə o, qabil insan (Homo habilis) adlandırılıb və insanların ən qədim nümayəndəsi hesab edilir. A. şaquli vəziyyətdə, düz hərəkət etmək qabiliyyətinə malik olub, onun beyni nisbətən yaxşı inkişaf edib.

See also:

Tarix terminləri lüğəti