Mustafa Kamal Atatürk (1881–1938) tərəfindən irəli sürülmüş türk millətçiliyi ideologiyası.
A. Türkiyə Respublikasının yaranışından onun rəsmi ideologiyası olub. Cəmiyyətin radikal modernləşməsi və vaxtı ötmüş mədəni ənənələrdən imtina A.-ün əsasını təşkil edir. Bir çox tədqiqatçılar, o cümlədən Amerika politoloqu S.Hantinqton A.-ü üçüncü dünya ölkələri üçün universal inkişaf modeli sayırlar. A. 6 başlıca prinsipə əsaslanır: cümhuriyyətçilik, milliyyətçilik, xalqçılıq, laiklik (sekulyarizm), dövlətçilik və inqilabçılıq.
Tarix terminləri lüğəti