1. Ümumi məqsədlərə nail olmaq üçün təşkilatların və ya ayrı-ayrı şəxslərin birgə fəaliyyətini əlaqələndirən birlik forması. □ Assosiasiyalar beynəlxalq, regional, milli, professional və s. prinsiplər üzrə ixtisaslaşa bilər.
2. Psixologiya. Psixi proseslərin nisbətən davamlı rabitəsi.
3. Botanika. Bitki örtüyünün əsas təsnifat vahidi.
4. Biri xatırlandıqda digəri yada düşən təsəvvürlər arasında əlaqə.
Azərbaycan dilinin izahlı lüğəti