yun. archon – rəis, hakim
1. Qədim Yunanıstan polislərində (şəhər-dövlətlərində) yüksəkvəzifəli şəxs.
Qədim Afina A.-ları daha məşhurdurlar. Belə ki, e.ə. VII–V əsrlərdə doqquz A.-dan ibarət kollegiya Afinanın idarə olunmasında həlledici rol oynayıb.
2. Bizans imperiyasında yüksəkvəzifəli əyan.
3. Bizans imperiyasının süqutundan sonra Konstantinopol patriarxı tərəfindən pravoslav icmasının dünyəvi (ruhani olmayan) nümayəndələrinə xüsusi xidmətlərinə görə verilən fəxri ad.
Tarix terminləri lüğəti