yun. arxoyos – qədim + logos – elm
Maddi mənbələr əsasında bəşəriyyətin tarixi keçmişini öyrənən elm.
A. qədim əmək alətləri, insan məskənləri, qəbirlər, qaya təsvirləri, silahlar, istehkamlar və s. maddi mədəniyyət qalıqlarının tədqiqi ilə məşğul olur. Onları arxeoloqlar, əsasən, qazıntı işləri aparmaqla aşkar edib öyrənirlər. A. tarixin məkan və zaman çərçivəsini xeyli genişləndirib: yazı 5 min il əvvəl meydana gəldiyi üçün ondan öncəki təqribən 2 milyon illik bəşər tarixini xeyli dərəcədə məhz A.-nın sayəsində araşdırıb üzə çıxarmaq mümkün olub. Bununla bərabər, tarixdə ilk yazı nümunələri də (Misir heroqlifləri, qədim yunan və Babil mixi yazıları) arxeoloqlar tərəfindən aşkarlanıb. A. terminini birinci olaraq e.ə. IV əsrdə qədim yunan filosofu Platon işlədib.
Tarix terminləri lüğəti