yun. anthropos – insan + yun. logos – elm, təlim
İnsanın yaranması, təkamülü, fiziki quruluşunun normal tərəddüdləri, irqlərin əmələ gəlməsi, həmçinin insanların formalaşdırdıqları sosial və mədəni mühit haqqında elmlərin məcmusu.
A.-nın bir çox sahələri var və antropoloji tədqiqatlar dərinləşdikcə bu sahələrin sayı artır. Fəlsəfi A. – insanın təbiətini, dini A. – dini baxımdan mahiyyətini, fiziki A. – bioloji növ olaraq təkamülünü, xüsusiyyətlərini, sosial A. – formalaşdırdığı sosial mühiti, mədəni A. – mədəni mühiti, linqvistik A. – dilin sosial həyata təsirini öyrənir və s. Bəzi ölkələrdə, məsələn, ABŞ-da etnoqrafiya və arxeologiyanı da antropoloji elmlər sırasına daxil edirlər.
Coğrafiya terminləri lüğəti