İnsanlar tərəfindən yaradılmış, yaxud onların fəaliyyəti nəticəsində dəyişdirilmiş landşaft.
A.L.-lar müxtəlif qruplara ayrılır. Onlara aiddir: dəmyə və suvarılan əkinlər; bağlar, parklar və süni meşələr; otlaq və biçənəklər; antropogen göllər; yaşayış məntəqələri, yol və kommunikasiyalar; sənaye və təsərrüfat obyektləri və s. Artan planet əhalisinin təbiətə təsir dairəsi genişləndikcə təbii landşaftların antropogen komplekslərlə əvəz olunması prosesi də sürətlənir. Müasir dövrdə landşaftların əksəriyyəti kifayət qədər ciddi antropogen təsirə məruz qalıb; məsələn, XXI əsrin əvvəlində Azərbaycanda artıq meşələrin 80%-dən çoxu insanlar tərəfindən tamamilə dəyişdirilmişdi. A.L. bir sıra lüğətlərdə mədəni landşaftın sinonimi kimi göstərilir. Əslində isə A.L. daha geniş termindir, belə ki, məqsədyönlü şəkildə dəyişdirilmiş landşaftla yanaşı, insanların düşünülməmiş fəaliyyəti nəticəsində dəyişmiş landşafları da əhatə edir.
Coğrafiya terminləri lüğəti