İntibah dövrü Avropa ədəbiyyatında geniş yayılmış şən əhvali-ruhiyyəli lirika.
Termin M.ö. 570–478-ci illərdə yaşamış qədim yunan şairi Anakreontun adından götürülmüşdür. İlkin nümunəsi yunan şairlərinin “Anakreontika” adlı şeirlər məcmuəsidir. Anakreontun davamçıları məhəbbət və şərab mövzularına üstünlük verirdilər. V.Şekspir, R.Berns, P.Beranje, M.V.Lomonosov, Q.R.Derjavin, K.N.Batyuşkovun poeziyasında A.P. motivləri olub. Şərq poeziyasında A.P. motivlərinə Ömər Xəyyam, Hafiz, Şirazi, M.P.Vaqif və S.Ә.Şirvani yaradıcılığında təsadüf edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti