yun. a – inkar şəkilçisi + yun. photos – işıq
Dünya okeanında bitki orqanizmlərinin fotosintezi üçün işığın kifayət etmədiyi dərinliklər.
Okeanlarda A.Z.-nın yuxarı sərhədi okean səthinin işıqlanma dərəcəsinin 1%-i qədər işıq olan dərinliklərdən keçir. Bu, təxminən 200 m-dən aşağıda yerləşən qaranlıq zonanı əhatə edir. Şirin su hövzələrində A.Z.-nın sərhədi xeyli yuxarıda yerləşir.
Coğrafiya terminləri lüğəti