Sistemin kənardan istilik almadığı və kənara istilik vermədiyi termodinamik proses.
Havanın termodinamik vəziyyətinin ətraf mühitlə istilik mübadiləsi olmadan dəyişməsi onun genişlənməsi və ya sıxılması nəticəsində baş verir; məsələn, hava yuxarı qalxdıqca onun həcmi genişlənir və nəticədə kənara istilik vermədən temperaturu orta hesabla hər 100 m-də 1°C aşağı düşür. Hava kütləsi aşağı endikdə isə sıxlaşır və kənardan istilik almadan temperaturu yenə hər 100 m-də 1°C-yə qədər yüksəlir.
Coğrafiya terminləri lüğəti