Reklam
Reklam

Tarix terminləri lüğəti

absenteizm

lat. absentis – iştirak etməmə

1. Vətəndaşlıq hüquqlarının icrasından könüllü imtina.

Əhalinin müəyyən qisminin nümayəndəli orqanların fəaliyyətində iştirakdan və ya seçkilərdə səsvermə hüququndan boyun qaçırması A.-ə misal ola bilər. A.-ə yol verməmək üçün bir sıra ölkələrdə sərt qanunlar qəbul olunur, seçkilərdə iştirakdan imtina edənlər cərimələnirlər.

2. Latın Amerikası, Asiya, Afrika, ABŞ, Kanada, İspaniya və bir sıra digər ölkələrdə geniş yayılmış torpaq mülkiyyəti forması.

Bu zaman torpağın real sahibi bilavasitə istehsal prosesində iştirak etməsə də, pul və ya məhsul şəklində gəlir götürmək hüququna malik olur.

Tarix terminləri lüğəti