Paytaxtı: Pretoriya (icraedici), Keyptaun (qanunverici), Blumfonteyn (məhkəmə) şəhəri
Sahəsi: 1,221,037 km²
Əhali sayı: Təxminən 60 milyon (2024)
Etnik tərkibi: Afrikalılar (80%), ağlar (8%), qarışıq irqlər (9%), asiyalılar (3%)
Rəsmi dilləri: 11 dil (ingilis, afrikaans, zulu, xosa, sotho və s.)
Valyutası: Cənubi Afrika randı (ZAR)
Afrika qitəsinin cənubunda yerləşir, şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Mozambik və Esvatini ilə sərhəddir.
Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Siril Ramafosadır.
Ölkə Afrikanın ən inkişaf etmiş iqtisadiyyatına malikdir. Əsas sahələr mədənçilik (qızıl, almaz, platin), kənd təsərrüfatı, avtomobil istehsalı (Toyota, Volkswagen, Ford, BMW, Mercedes-Benz, Nissan) enerji və turizmdir. İqtisadiyyat qarışıq modelə əsaslanır, həm özəl sektor, həm də dövlət müəssisələri güclüdür. İşsizlik və sosial bərabərsizlik əsas problemlərdir.
İqlimi əsasən subtropik və mülayimdir. Şərq sahilləri rütubətli, daxili bölgələr quru, cənub sahilləri isə Aralıq dənizi iqliminə malikdir. Ölkədə səhralar, dağlar, savannalar və tropik meşələr mövcuddur. Kruger Milli Parkı və Drakensberq dağları zəngin flora və faunaya malikdir.
Table Mountain, Kruger Milli Parkı, Cape of Good Hope, Robben Adası, V&A Waterfront, Blyde River Canyon, Tsitsikamma Milli Parkı əsas görməli yerlərdəndir.
Təhsil sistemi 12 illik və 3 səviyyədən ibarətdir: ibtidai təhsil 1-ci sinifdən 3-cü sinfə qədər, orta təhsil 4-cü sinifdən 9-cu sinfə qədər, ali orta təhsil isə 10-cu sinifdən 12-ci sinfə qədər davam edir. 12-ci sinfi bitirən şagirdlər National Senior Certificate (NSC) imtahanı verirlər, bu da universitetə və ya texniki təhsilə qəbul üçün əsasdır. Məktəblər dövlət və özəl olmaqla iki kateqoriyaya bölünür. Ali təhsil üçün nüfuzlu universitetlərə sahibdir.
Ölkənin əsas universitetləri: Keyptaun Universiteti, Vits Universiteti, Pretoriya Universiteti, Stellenboş Universiteti, Cənubi Afrika Universiteti, Rodos Universiteti.
Ölkə zəngin və çoxmədəniyyətli ölkədir. Afrika, Avropa və Asiya təsirləri burada birləşir. Musiqi və rəqs ənənələri güclüdür, xüsusilə kwaito və gqom janrları məşhurdur. Zulu, xosa, afrikaans və ingilis mədəniyyətləri geniş yayılıb. Rugby, futbol və kriket ən populyar idman növləridir.