1. Yaxınına, yanına gəlmək; yaxınlaşmaq, yanbayan olmaq. □ O, mənə yanaşıb qolumdan tutdu. Birisi ona yanaşıb nə isə dedi. Ata qabaqdan yanaş, itə daldan. (Atalar sözü).
2. Yan almaq, kip yaxınlaşmaq, yaxınlaşıb dirənmək. □ Gəmi körpüyə yanaşdı.
3. Bir məsələyə və s.-yə bu və ya digər münasibət göstərmək. □ İşə ciddi yanaşmaq lazımdır. Müəllifin dediklərinə tənqidi yanaşmalı.
Azərbaycan dilinin izahlı lüğəti1. Yanan vəziyyətdə, yanar halda ikən, yanaraq.
2. Qovrula-qovrula, əzab və iztirab çəkə-çəkə, acıq çəkə-çəkə. □ ...İndi gedib puçunu elə yerdən buracağam ki, axıradək yana-yana qalsın. (N.Nərimanov).
3. Ürək acısı çəkə-çəkə, həsrətlə, dərdli-dərdli, yanıqlı-yanıqlı. □ Körpə isə yana-yana ağlayır, ananın ciyərini dağlayırdı. (Ə.Vəliyev).
Azərbaycan dilinin izahlı lüğəti