Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yanaşmaq [yanaşmax] feil

1. Yaxınına, yanına gəlmək; yaxınlaşmaq, yanbayan olmaq. □ O, mənə yanaşıb qolumdan tutdu. Birisi ona yanaşıb nə isə dedi. Ata qabaqdan yanaş, itə daldan. (Atalar sözü).

2. Yan almaq, kip yaxınlaşmaq, yaxınlaşıb dirənmək. □ Gəmi körpüyə yanaşdı.

3. Bir məsələyə və s.-yə bu və ya digər münasibət göstərmək. □ İşə ciddi yanaşmaq lazımdır. Müəllifin dediklərinə tənqidi yanaşmalı.

Azərbaycan dilinin izahlı lüğəti