1. Birbəbir, bir-bir, ayrı-ayrılıqda.
2. Zərf kimi: birbəbir, bir-bir, ayrı-ayrılıqda. □ Mirqasım mollaların bəzilərinə tək-tək salam verməyə başladı. (S.Rəhman).
3. Hərdənbir, arabir, bəzən, nadir.
4. Zərf kimi: hərdənbir, arabir, bəzən, nadir. □ Məni də yorduqca arabir şəhər; Muğanın seyrinə çıxıram tək-tək. (S.Vurğun).
5. Birgə deyil, ayrı-ayrılıqda bir-bir, ayrı-ayrı.
6. Zərf kimi: birgə deyil, ayrı-ayrılıqda bir-bir, ayrı-ayrı. □ Bu quşlar çox vaxt tək-tək, bəzən də cüt-cüt gəzər, ..yalnız düz üstlərinə çıxdıqda havaya qalxarlar. (M.Rzaquluzadə).
7. Adda-budda, bir-birindən aralı. □ Ötədə-bəridə tək-tək ulduzlar fərq edilirdi. (S.Hüseyn).
8. Zərf kimi: adda-budda, bir-birindən aralı. □ Külək ağacları gətirir dilə; Fənərlər alışır yollarda tək-tək. (H.Hüseynzadə).