1. Şiddətli zərbədən dağılmaq, uçmaq, böyük zədə almaq; titrəmək. □ Yaxınlığa düşən mərmi partlayışından qazma möhkəmcə sarsıldı, lampa söndü ... ara qarışdı. (Ə.Əbülhəsən).
2. Məcazi mənada: təsirli, kədərli bir xəbərdən, işdən, hadisədən və s.-dən çox böyük həyəcan keçirmək, ruhi əzab çəkmək, mütəəssir olmaq, sarsıntı keçirmək. □ Oğlan bu dəhşətli tələbdən sarsıldı. (Mir Cəlal).
3. Məcazi mənada: qırılmaq, puç olmaq, alt-üst olmaq. □ Onun ümidləri hər tərəfdən sarsılmışdı. (M.S.Ordubadi).
1. Bərk zərbə nəticəsində tərpənmə, lərzəyə gəlmə, yerindən oynama; titrəyiş, zəlzələ. □ Yer sarsıntısı (zəlzələ).
2. Məcazi mənada: həyəcan. □ Deyirsən, dərd oldu bizə eşqimiz; Sarsıntı, üzüntü yetməzmi artıq? (B.Vahabzadə).
3. Məcazi mənada: ağır ruhi əzab, həyəcan, müsibət. □ Böyük sarsıntıya düçar olmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Lərzəyə salmaq, titrətmək, yerindən oynatmaq, laxlatmaq,dağıtmaq, pozmaq, alt-üst etmək. □ Zəlzələ bir çox binanı sarsıtdı.
2. Məcazi mənada: dəhşətə gətirmək, lərzəyə salmaq. □ Faşizmin gözünə sancdınız bir ox; Sarsıtdı zərbəniz lovğa düşməni. (R.Rza).
3. Məcazi mənada: müvazinətini pozmaq; bərk həyəcanlandırmaq. □ Arvadının ölümü Haşım kişini bərk sarsıtmışdır. (Ə.Vəliyev).