1. Lərzəyə salmaq, titrətmək, yerindən oynatmaq, laxlatmaq,dağıtmaq, pozmaq, alt-üst etmək. □ Zəlzələ bir çox binanı sarsıtdı.
2. Məcazi mənada: dəhşətə gətirmək, lərzəyə salmaq. □ Faşizmin gözünə sancdınız bir ox; Sarsıtdı zərbəniz lovğa düşməni. (R.Rza).
3. Məcazi mənada: müvazinətini pozmaq; bərk həyəcanlandırmaq. □ Arvadının ölümü Haşım kişini bərk sarsıtmışdır. (Ə.Vəliyev).