1. İlahiyyat. Başına sarıq qoymuş, başında sarıq olan, çalmalı. □ Bu küçənin ... başı sarıqlı axundları ilə başı silindrli ziyalıları bir müqəddərat daşıyırdılar. (S.Hüseyn).
2. İsim kimi: molla, ruhani, müsəlman din xadimi (bu mənada adətən “başısarıqlı” şəklində işlənir).
3. Bint, sarğı və s. ilə sarınmış, bağlanmış (yara, sınıq və s. haqqında). □ Sarıqlı qol. Sarıqlı ayaq. Üzü sarıqlı olmaq.
4. İp, sarğı və s. ilə bağlanmış. □ Dərviş gözünü açıb gördü ki, bir divin dalısında əl-ayağı sarıqlı gedir. (Nağıl).
5. Üzərinə bir şey sarınmış. □ Şəkildə görünən zatın başındakı sarıqlı fəs, əynindəki gen vəbiçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünəcəlb etmişdi. (M.S.Ordubadi).
1. Bir şeyin ətrafına, dövrəsinə dolanmaq, dövrələnmək. □ Gülab ilə sığallanır, sulanır; Baş qoyur, sarılır qulağa zülfün. (M.P.Vaqif).
2. Bükülmək. □ Parça kağıza sarılıb.
3. Məcazi mənada: bir-birini qucaqlamaq, qucaqlaşmaq. □ Kiçik daxmada üç nəfər fəlakətzədə xəyalat içində huşa gedib bir-birinə sarılmışdı. (C.Cabbarlı).
4. Məcazi mənada: bir şeydən bərk-bərk yapışmaq, böyük həvəslə, şövqlə bir şeyə girişmək. □ Bu varlığınla sarıl zəhmət ilə biliyə; Başın dönsün günəşə, qolların birçəliyə. (A.Şaiq).
Həmçinin bax:
1. Bir şeyin üzərinə dolamaq. □ Yumaq sarımaq.
2. İp və s. ilə üstündən, hər tərəfdən dövrələmə bağlamaq; ip və s. ilə başqa bir şeyi üzərinə bağlayaraq bənd etmək. □ Qutuları sarımaq. Kitabları sarımaq.
3. Məcazi mənada: bürümək, tutmaq, qaplamaq, çulğamaq. □ ...sənə qəlbimdə bir iman vardı; Könlümü şübhə, tərəddüd sarıdı. (A.Şaiq).
4. Məcazi mənada: ələ salmaq, dolamaq, araya qoymaq. □ Bir başqa tələbə Əsədi sarımaq istədi. (S.Rəhimov).
Həmçinin bax: