Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sarılmaq [sarılmax] feil

1. Bir şeyin ətrafına, dövrəsinə dolanmaq, dövrələnmək. □ Gülab ilə sığallanır, sulanır; Baş qoyur, sarılır qulağa zülfün. (M.P.Vaqif). 
2. Bükülmək. □ Parça kağıza sarılıb.
3. Məcazi mənada: bir-birini qucaqlamaq, qucaqlaşmaq. □ Kiçik daxmada üç nəfər fəlakətzədə xəyalat içində huşa gedib bir-birinə sarılmışdı. (C.Cabbarlı).

4. Məcazi mənada: bir şeydən bərk-bərk yapışmaq, böyük həvəslə, şövqlə bir şeyə girişmək. □ Bu varlığınla sarıl zəhmət ilə biliyə; Başın dönsün günəşə, qolların birçəliyə. (A.Şaiq).

Həmçinin bax:

frazeologizm: qələmə sarılmaq frazeologizm: qılınca sarılmaq frazeologizm: silaha sarılmaq Azərbaycan dilinin izahlı lüğəti