1. Bir şeyin üzərinə dolamaq. □ Yumaq sarımaq.
2. İp və s. ilə üstündən, hər tərəfdən dövrələmə bağlamaq; ip və s. ilə başqa bir şeyi üzərinə bağlayaraq bənd etmək. □ Qutuları sarımaq. Kitabları sarımaq.
3. Məcazi mənada: bürümək, tutmaq, qaplamaq, çulğamaq. □ ...sənə qəlbimdə bir iman vardı; Könlümü şübhə, tərəddüd sarıdı. (A.Şaiq).
4. Məcazi mənada: ələ salmaq, dolamaq, araya qoymaq. □ Bir başqa tələbə Əsədi sarımaq istədi. (S.Rəhimov).
Həmçinin bax: