Reklam
Reklam

All dictionaries

oturmaq [oturmax] feil

1. Yanını bir yerə, ya oturacağa qoyub oturaq vəziyyət almaq, əyləşmək. □ Buyurun, oturun!
2. Hərəkət etməyib durmaq, qalmaq. □ Burada nə qədər oturub gözləyəcəyik?
3. Heç bir işlə məşğul olmamaq, vaxtını boş keçirmək, boş durmaq. □ Bu qədər oturmaq olar? Oturdun bəsdir. Oturmaqdansa, bir şeylə məşğul ol.
4. Çökmək, dibi torpağa dirənmək, aşağı enmək; dibə çökmək, aşağı enmək. □ Gəmi saya oturdu. Sudakı duzlar şüşənin dibinə oturdu.
5. Yerinə düşmək, yerinə girmək, uyğun gəlmək. □ Pəncərə çərçivəyə yaxşı oturmur.
6. Əyninə yaxşı gəlmək, düz gəlmək, uyğun olmaq. □ Paltar bədəninə yaxşı oturur.
7. Minmək. □ Qatara oturmaq.
8. Məcazi mənada: həbsdə olmaq, həbsxanada saxlanılmaq, məhbus olmaq. □ Oğurluq üstdə üç il oturdu.

See also:

frazeologizm: ağır oturmaq frazeologizm: ağır oturub batman gəlmək frazeologizm: ağzının içində oturmaq frazeologizm: baha oturmaq frazeologizm: bank üstündə oturmaq frazeologizm: başında oturmaq frazeologizm: bəy taxtında oturmaq frazeologizm: bir ağacda oturub min budağı silkələmək frazeologizm: boynunda oturmaq frazeologizm: böyründə qırtıb oturmaq frazeologizm: dinc durmamaq (oturmamaq) frazeologizm: əyri oturaq, düz danışaq frazeologizm: farağat durmamaq (oturmamaq) frazeologizm: xəzinə üstündə oturmaq frazeologizm: iynə üstündə oturmaq frazeologizm: iynəyə oturmaq frazeologizm: kəsək oturub daş üçün ağlayır frazeologizm: kölgəsinə çəkilib oturmaq frazeologizm: köz üstündə oturmaq frazeologizm: lal-kar oturmaq frazeologizm: orda oturma, burda otur frazeologizm: oturduğu budağı baltalamaq (kəsmək) frazeologizm: paketə oturmaq frazeologizm: sakit durmamaq (oturmamaq) frazeologizm: tikan üstündə oturmaq frazeologizm: üstündə oturduğu budağı kəsmək frazeologizm: vayına oturmaq frazeologizm: yerində farağat oturmamaq frazeologizm: yumurta üstündə oturmaq Azərbaycan dilinin izahlı lüğəti

oturub-durma [oturub-durma] isim

1. Bax: oturub-durmaq.
2. Əlaqə, yoldaşlıq etmə, vaxtını bir yerdə keçirmə.

Azərbaycan dilinin izahlı lüğəti