Bax: oxşamaq (1-ci mənaya).
1. Bax: oxşamaq (2-ci mənaya).
2. Ədəbiyyatşünaslıq. Azərbaycan şifahi xalq ədəbiyyatında lirik şeir formalarından biri. □ Səhhət, Cabbarlı və Vurğun kimi sənətkarlarımız öz əsərlərində oxşamalardan ustalıqla istifadə etmişlər.
Bənzəmək. □ Anasına oxşamaq. Bir-birinə oxşamaq. Mal yiyəsinə oxşamasa haramdır. (Atalar sözü).
1. Nəvaziş etmək, öz sevgisini, riqqətini ifadə etmək; nazlamaq.
2. Nəvaziş, sevgi, riqqət əlaməti olaraq əli ilə sığallamaq, əlini sürtmək. □ Bunun nə qədər ağıllı və igid heyvan olduğunu bilsən, heç vurmazsan, – deyə itin başını əlləri ilə oxşadı. (A.Şaiq).
3. Məcazi mənada: xoşlandırmaq, ləzzət vermək, ruhunu oxşamaq. □ Xaçın çayı aşağı əsən sərin külək Nəcəfalı kişini oxşadı. (B.Bayramov).
4. Ölü üçün oxuyub ağlamaq. □ Ölünü oxşamaq.
See also: