Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

oxşamaq1 [oxşamax] feil

Bənzəmək. □ Anasına oxşamaq. Bir-birinə oxşamaq. Mal yiyəsinə oxşamasa haramdır. (Atalar sözü).

oxşamaq2 [oxşamax] feil

1. Nəvaziş etmək, öz sevgisini, riqqətini ifadə etmək; nazlamaq.
2. Nəvaziş, sevgi, riqqət əlaməti olaraq əli ilə sığallamaq, əlini sürtmək. □ Bunun nə qədər ağıllı və igid heyvan olduğunu bilsən, heç vurmazsan, – deyə itin başını əlləri ilə oxşadı. (A.Şaiq).
3. Məcazi mənada: xoşlandırmaq, ləzzət vermək, ruhunu oxşamaq. □ Xaçın çayı aşağı əsən sərin külək Nəcəfalı kişini oxşadı. (B.Bayramov).
4. Ölü üçün oxuyub ağlamaq. □ Ölünü oxşamaq.

Həmçinin bax:

frazeologizm: bir suyu oxşamaq frazeologizm: boy oxşamaq frazeologizm: boyunu oxşamaq frazeologizm: göz oxşamaq frazeologizm: göz-könül oxşayan frazeologizm: gözlərini oxşamaq frazeologizm: gözünü-könlünü oxşamaq frazeologizm: könül oxşamaq frazeologizm: mal yiyəsinə oxşayar frazeologizm: ruhunu oxşamaq frazeologizm: ürəyini oxşamaq frazeologizm: zövqünü oxşamaq Azərbaycan dilinin izahlı lüğəti