1. Naz eləmək, işvə etmək, naz satmaq. □ Qarı deyəndə tozlanır; Gəlin deyəndə nazlanır. (“Koroğlu”).
2. Obrazlı təşbehlərdə naz eləmək, işvə etmək, naz satmaq mənalarında işlədilir. □ Nazlandıqca sərin külək; Sahillərə sinə gərək. (S.Vurğun).
1. Şivəli, qəmzəli, işvəli; ərköyün, ərköyün böyümüş. □ Adətdir aşiqin nazlı yar ilən; Arasında belə çəm-xəm olubdur. (Q.Zakir).
2. Obrazlı təşbehlərdə şivəli, qəmzəli, işvəli; ərköyün, ərköyün böyümüş mənalarında işlədilir. □ Bizə bu nazlı aləm görünərdi qaranlıq; Gözəl çalışmasaydıq, gözəl yaşamasaydıq. (M.Müşfiq).
1. Sual məqamında nə təhər, nə cür. □ Necə getdin? Necə gəlmisən? Onu necə gördün?
2. Nə dərəcədə, nə qədər (bəzən “də” ədatı ilə). □ Bura necə sakitlikdir. Bu iş necə çətin işdir. Necə də gözəldir.
1. Heyrət, təəccüb ifadə edir. □ Necə! Qayıtmışdır!... Necə! Nə dedin?
2. ...kimi. □ Necə bir dost sənə məsləhət görürəm.
See also:
1. Əşyanın miqdarını müəyyənləşdirmək üçün işlədilən sual əvəzliyinə qədər, nə miqdar. □ Neçə kitab aldın? Bu gün neçə yerə getmisən?
2. Zaman bildirən isimlərdən əvvəl gələrək onların qeyri-müəyyənliyini bildirir. □ Neçə yüz ildən sonra biz də o məqama çata bilərik. (C.Məmmədquluzadə).
3. “Saat” sözündən sonra gələrək vaxtı öyrənmək üçün sual məqamında işlədilir. □ Saat neçədir? Saat neçədə gələcək?
4. Çox, çoxlu; bir neçə. □ Üstündə ahı var neçə qəribin; Çeşməli dağların, sulu dağların. (B.Vahabzadə).
5. İsim kimi: birdən artıq (çox) adam. □ Şirvanın küçələri; Banlayır beçələri; Çağırdım öz yarımı; Hay verdi neçələri. (Bayatı).
6. Bir neçə şəklində – bir miqdar, qeyri-müəyyən miqdarda. □ Bir neçə adam.
7. Neçəyədir, neçədəndir şəklində – qiyməti nə qədərdir, bahası nədir. □ Kitab neçəyədir? Parçanın metri neçəyədir?
See also: