1. Naz eləmək, işvə etmək, naz satmaq. □ Qarı deyəndə tozlanır; Gəlin deyəndə nazlanır. (“Koroğlu”). 2. Obrazlı təşbehlərdə naz eləmək, işvə etmək, naz satmaq mənalarında işlədilir. □ Nazlandıqca sərin külək; Sahillərə sinə gərək. (S.Vurğun).