1. Süni və ya təbii pilləli şəlalə. □ Kaskada baxmaq.
2. Operettada oxuya-oxuya sürətli rəqs etmə. □ Kaskad elementi.
3. Sirkdə (əsasən, komik səhnələrdə) akrobatın yerə yıxılmasının imitasiyası. □ Kaskad fəndi.
See also:
1. Sirkdə kaskad əsasında qurulan nömrələrin ifaçısı. □ Kaskadyorların çıxışı.
2. Kino çəkilişi zamanı əsas aktyorun əvəzinə çətin, mürəkkəb və təhlükəli hərəkətləri icra edən idmançı dublyor. □ Filmin kaskadyoru.
Azərbaycan dilinin izahlı lüğəti1. Hüquq. Məhkəmədə tərəflərin xahişi, yaxud müstəntiqin tələbi ilə aşağı instansiyaların qərar və hökmlərinə yuxarı instansiyaların yenidən baxması. □ Kassasiya qaydası.
2. Hüquq. Yerli məhkəmə qərarının ləğv edilməsi ilə bağlı yuxarı məhkəmə instansiyasına yazılı müraciət. □ Kassasiya şikayəti.
Azərbaycan dilinin izahlı lüğəti1. Şərqin bir sıra ölkələrində əsilli-nəcabətli, xüsusi hüquqlara malik müəyyən ictimai qrup. □ Kasta üzvü.
2. Məcazi mənada: öz maraqlarını başqalarından qoruyan qapalı ictimai qruplaşma. □ Kasta maraqları.
Azərbaycan dilinin izahlı lüğəti1. Qədimdə qalaların mühasirəsi zamanı ox, daş və s. atmaq üçün işlədilən qurğu; mancanaq. □ Müasir katapult.
2. Gəminin göyərtəsindən təyyarələrin havaya qalxmasına kömək edən xüsusi mexanizm. □ Katapultlu gəmi.
3. Təhlükə zamanı təyyarəçinin kabinədən havaya avtomatik atılması üçün qurğu. □ Katapultu işə salmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Dolaşığa salınmış qeyri-adi, gözlənilməz iş. □ Kazusla üzləşmək.
2. Hüquq. Cinayətin zahiri əlamətlərini özündə əks etdirsə də, hüquqi baxımdan məsuliyyət yaratmayan təsadüfi hərəkət.
3. Hüquq. Mürəkkəb, mübahisəli və ya dolaşıq hüquqi iş.
Azərbaycan dilinin izahlı lüğəti1. Avtoturistlər üçün xüsusi yay düşərgəsi. □ Kempinq turistləri çadır və təkərli evlərlə təmin edir.
2. Əsasən, şəhərlərarası yol üstündə yerləşən, gecələmək üçün şəraiti olan yığcam, birmərtəbəli taxta və ya daş ev, kiçik hotel. □ Müasir kempinq.
Azərbaycan dilinin izahlı lüğəti1. Sənəd, kağız, qovluq və s. yığmaq üçün kiçik çamadan. □ Səfər keysi.
2. Müzakirələrin – diskussiya və debatın struktur elementi: spikerin çıxışında (nitqində) ilk dəfə səslənən dəlillərin, həmçinin onun mövqeyinə aid olan sübut və arqumentlərin məcmusu. □ Strateji cəhətdən aydın və dəqiq düşünülmüş keys böyük əhəmiyyət kəsb edir, çünki debatın gedişi çox vaxt onun üzərində qurulur.
Azərbaycan dilinin izahlı lüğətiMaşın-mexanizm qurğularında, informatikada və cəmiyyətdə idarəetmə proseslərinin ümumi qanunauyğunluqlarına aid biliklər sistemi. □ "Kibernetika" anlayışını dövriyyəyə Amerika riyaziyyatçısı N.Viner gətirib.
Azərbaycan dilinin izahlı lüğətiİtlər, onların cinsləri və s. haqqında elm. □ Kinologiya itlərin anatomiya və fiziologiyasını, onların mənşə və təkamülünü, yetişdirilmə və seleksiyasını, yemlənməsini, saxlanmasını, əhliləşdirilməsini, onlardan ovda, qarovulda və s. xidmət növlərində istifadəsini öyrənir.
Azərbaycan dilinin izahlı lüğəti1. Eynicinsli elementlərin vahid sistemdə birləşməsi. □ Atomların molekulda birləşməsini klaster adlandırmaq olar.
2. Anlayışların təsnifatını yaratmaq bacarığını inkişaf etdirən təlim üsulu; şaxələndirmə. □ Klaster şagirdləri mövzu ətrafında açıq və sərbəst düşünməyə sövq edir.
Azərbaycan dilinin izahlı lüğəti