lat. panax
Araliya (daşçiçəklilər) fəsiləsindən bitki cinsi.
Hündürlüyü 70 sm-ə çatan çoxillik ot bitkisidir. Əsasən Uzaq Şərqdə, Çində və Koreyada yayılmışdır. Ən məşhur növü adi J.-dir. Azərbaycanda təcrübə məqsədilə əkilib becərilir. J. dərman əhəmiyyətli çoxillik ot bitkisidir. Çində əhalinin geniş istifadə etdiyi kökün yeraltı metamorfozuna malik dərman bitkisidir. Əsasən ürək-damar və revmatizm xəstəliklərinin müalicəsində istifadə olunur. Meyvəkökləri insan bədənini xatırladır.
Biologiya terminlərinin izahlı lüğətifr. “gelatine”, lat. “gelātus” – "dondurulmuş"
Heyvanların birləşdirici toxumalarından alınan şəffaf özlü kütlə.
J. rəngsiz və ya sarımtıl çalarlara malik ola bilər. J.-in istehsalı üçün lazım olan məhsullar: donuz dərisi, iribuynuzlu heyvan dərisinin iç qatı və sümük qırıntıları.
Biologiya terminlərinin izahlı lüğətiMorfoloji, genetik və ekoloji cəhətdən eyni olan, öz yetişdirilmə əlamətlərini qoruya bilən (dəyişməyən) fərdi qruplar.
J. termini 1916-cı ildə Y.Lotsi tərəfindən A.Jordanın şərəfinə təklif edilib. Axırıncı təcrübədə müəyyən edib ki, adi linney növü çoxlu sabit formalara ayırmaq olar. Hər bir irsi formanı, kiçik bir əlamətə görə ayrılmış olsa belə, Jordan sonradan tərkibi pozulmayan, əsl növ kimi hesab edirdi. Buna bənzər ideal monotip növ, ya da J., həm də jordan növü adlandırılır və tez-tez xırda növ, elementar növ və s. anlayışları ilə sinonimləşdirirlər. Jordan qəti antitəkamülçü olub və onun tərəfdarları növün təbii şəraitdə bütün xüsusiyyətlərini nəzərə almırdılar. J.-nun qəbul edilməsi və bu hallarda onların linneonla müqayisə edilməsi, çox böyük sayda demək olar ki, bir-birindən fərqlənməyən kiçik vahidlərin ayrılmasına səbəb olur. Yetişdirilən bitkilərin analitik təsnifatda böyük sayda növdaxili vahidlərin ayrılmasının çox mühüm rolu var.
Biologiya terminlərinin izahlı lüğəti