1. Klassik ədəbiyyatda əsatirə görə Qaf (Elbrus) dağında yaşamış əfsanəvi çox iri bir quş; simurq mənasında işlənmişdir. 2. Klassik ədəbiyyatda adı olub özü olmayan şey haqqında mənasında işlənmişdir.
Klassik ədəbiyyatda uçulmuş binanın, ümumiyyətlə, dağılmış, sökülmüş, yıxılmış bir şeyin qalıqları, töküntüləri mənasında işlənmişdir. □ Kor gözün, şil əllərin bir qövmü məhv etməkdədir; Bax, onun ənqazidir bu ahü əfğan, bir utan! (H.Cavid).
Klassik ədəbiyyatda tezliklə, lap yaxında, yaxın zamanda mənalarında işlənmişdir. □ Qəm çəkmə ki, mən olunca qəmxar; Yarın sənə ənqərib olur yar. (M.Füzuli).
1. Qadınların yanaqlarına sürtdükləri toz və ya yağ halında olan kosmetik maddə – al boya. □ Ənlik vurmaq. Ənlik sürtmək. 2. Kökü tünd-qırmızı bir bitki. □ Ənlik otundan qırmızı boya hasil edirlər.
Qadınların üzlərinə sürtdükləri ənlik və kirşandan ibarət kosmetik maddələr. □ Sənin kimi mah-camal; Ənlik-kirşanı neylər? (Bayatı).
Üzünə ənlik vurmuş. □ Ənlikli qadın.
Üzünə ənlik və kirşan vurmuş. □ Ənlikli-kirşanlı qadın.
Dalağın ağrılı şişməsi. □ Ənöv azarına tutulmaq.
1. Bədəninə nisbətən çox uzun qolları olan meymun. □ Gözünün üstündə buxara papaq; Əntərə bənzəyir o kor yapalaq. (S.Vurğun). 2. Məcazi mənada: çox çirkin, eybəcər, kifir adam haqqında.
Qiymətli, dəyərli, nadir tapılan, çox gözəl, görünməmiş, hamının marağına səbəb olan. □ Əntiq əşya.
1. Qiymətli, dəyərli, nadir tapılan, çox gözəl, çox qəşəng, görünməmiş, hamının marağına səbəb olan. □ Əntiqə hədiyyələr. 2. Qəribə, əcibə. □ Əntiqə adamsan. Əntiqə şeydir.
Bax: əntiqəçi.
Bax: əntiqəçilik.
Əntiqə şeylərlə maraqlanan, onları yığıb saxlayan adam.
Əntiqə şeylərlə maraqlanma, onları yığıb saxlama.