1. Riyaziyyat. Öz diametri ətrafında dairənin fırlanmasından yaranan həndəsi cisim; kürə. □ Şarın radiusu. Şarın səthi.
2. Bu şəkildə olan şey. □ Bilyard şarı. Fənər şarı.
Arxaizm. Səsvermə zamanı istifadə edilən şarşəkilli şey (namizədin lehinə və əleyhinə verilən səsin miqdarı qutuya atılan şarın miqdarına əsasən təyin edilirdi). □ Şarla səsəqoyma.
Coğrafiya. Rusiyanın Avropa hissəsinin şimalında materiklə ada və ya adalar arasında boğazlara, bəzən çay qollarına verilən ad.
Azərbaycan dilinin izahlı lüğəti