1. Ümuma, hamıya aid olan; hər şeyi, hamını əhatə edən, qavrayan, hamıya, hər şeyə şamil olan, xas olan. □ Ümumi tərk-silah. Ümumi seçki hüququ. Ümumi nöqsanlar. Ümumi qaydalar. Ümumi vəziyyət.
2. Hamıya və ya bir neçəsinə məxsus, birgə istifadə olunan; müştərək. □ Ümumi əmlak. Ümumi koridor.
3. Başqası ilə eyni, uyğun olan, bənzər, başqası (başqaları) ilə eyni zamanda olan. □ Ümumi mənafe. Onların arasında ümumi cəhətlər çoxdur.
4. Birgə, birlikdə götürülmüş; bütün, tamam, ümumən, cəm. □ İşçilərin ümumi sayı. Ümumi nəticə.
5. Bir şeyin əsaslarına aid olan. □ Elmin ümumi məsələləri. Ümumi anatomiya.
6. Təfərrüatına, təfsilatına varmadan, əsasən başlıca xüsusiyyətləri qavrayan. □ Ümumi təəssürat. Vəziyyəti ümumi şəkildə təsvir etmək. Ekspedisiyanın ümumi planı.
See also:
1. Bir yerdə birləşdirmək, vahid bir küll halında birləşdirmək. □ Yazıçı hekayəsində məişət hadisələrini ümumiləşdirmişdir.
2. Bir sıra hadisə, ya faktı tutuşdurma yolu ilə onların hamısına eyni dərəcədə xas olan xüsusiyyətləri aşkara çıxarmaq, onları bir küll, bir qrup halında birləşdirmək, ayrı-ayrı faktların nəzərdən keçirilməsi əsasında ümumi nəticələr çıxarmaq. □ İstehsalat qabaqcıllarının təcrübəsini ümumiləşdirmək.
Azərbaycan dilinin izahlı lüğəti1. Deyilənləri yekunlaşdırıcı, ümumiləşdirici ara söz kimi işlənir. □ Ümumiyyətlə, “Molla Nəsrəddin” susmağı bacarmırdı, o, etiraz etmək üçün doğulmuşdu. (M.İbrahimov).
2. Zərf kimi: ayrılıqda deyil, ümumi surətdə götürdükdə; hamılıqla. □ Fəxrəddinin qəhrəmanlığını və ümumiyyətlə azərbaycanlıların hərbi dəyərini çox gözəl bilirdi. (M.S.Ordubadi).
Azərbaycan dilinin izahlı lüğəti