Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ümumiyyətlə [ümumiyətnən] modal söz

1. Deyilənləri yekunlaşdırıcı, ümumiləşdirici ara söz kimi işlənir. Ümumiyyətlə, “Molla Nəsrəddin” susmağı bacarmırdı, o, etiraz etmək üçün doğulmuşdu. (M.İbrahimov).

2. Zərf kimi: ayrılıqda deyil, ümumi surətdə götürdükdə; hamılıqla. Fəxrəddinin qəhrəmanlığını və ümumiyyətlə azərbaycanlıların hərbi dəyərini çox gözəl bilirdi. (M.S.Ordubadi).

Azərbaycan dilinin izahlı lüğəti