1. Ağ olmaq, ağ rəng almaq. □ Kətan yuyulduqca ağarar.
2. Öz ağlığı ilə nəzərə çarpmaq, görünmək. □ Yaşıllıqlar arasında gölməçələr ağarırdı.
3. Saç və saqqala dən düşmək; çallaşmaq. □ Saçı ağarmaq. Saqqalı ağarmaq.
4. Rəngi getmək, solmaq, bozarmaq. □ Paltar çox yuyulduğundan ağarmışdı.
5. Məcazi mənada: üzünün rəngi qaçmaq (qorxudan). □ Elə qorxmuşdu ki, rəngi tamam ağarmışdı.
Həmçinin bax:
1. Süddən hazırlanan məhsullar (qatıq, qaymaq, pendir və s.). □ Tərəkəmələr həmişə ağartıdan bol olublar.
2. Uzaqdan görünən ağ şey. □ Uzaqdan görünən ağartı hamımızı qorxutdu.
3. Arxaizm. Kirşan. □ Bir əldə ağartı, birində daraq; Daranır üstündə muyu çeşmənin.
Azərbaycan dilinin izahlı lüğəti