1. Udlaq əzələlərinin hərəkəti ilə bir şeyi ağız boşluğundan qida borusuna və mədəyə ötürülmək.
2. Məcazi mənada: öz içinə alıb yox eləmək, həmişəlik aparılmaq, ümumiyyətlə, məhv edilmək, yox edilmək, puç edilmək, çökmək, qaplamaq, qavranılmaq, içinə alaraq görünməz edilmək.
3. Məcazi mənada: xoşagəlməz, təhqirli bir sözə, hərəkətə sakitcə, etirazsızca dözülmək, ötürülmək, cavabsız qoyulmaq, fikir verməmək.
1. Oyunda, yarışda üstün gəlmək, aparmaq.
2. Lotereya, loto, istiqraz oynanışında uduş əldə edilmək, bəxtinə çıxmaq. □ Lotereyada üç maşın udulmuşdur.
1. Oyunda, yarışda, döyüşdə, mübahisədə və s.-də məğlub olmaq, basılmaq, yenilmək. □ Şahmatda uduzmaq. Yarışda uduzmaq. Müharibədə uduzmaq.
2. Qumarda pul və ya şeyini baxtalamaq, itirmək, əlindən çıxarmaq. □ Bu gecə on beş tümənin hamısını bir yerdə uduzdum. (M.F.Axundzadə).
3. Məcazi mənada: üstünlüyünü, yaxşı, əlverişli imkanını, xeyrini, yaxud fürsəti əlindən qaçırmaq, itirmək, malik olduğu və ya ola biləcəyi şeydən məhrum olmaq. □ Rüstəm bildi ki, işi uduzub. (M.İbrahimov).
Həmçinin bax:
1. Kədər, təəssüf, məyusluq, ağrı, yorğunluq, bezginlik, bəzən də fərəh, sevinc hisslərini ifadə edir. □ Kim bilir, yollarında ey rəna; Nə qədər, uf, boyun bükənlər var. (A.Şaiq).
2. Yüngüllük, xoşlanma, ürayəyatma hisslərini ifadə edir; uxay! □ Uf, necə rahat oldum! Uf, adam özünü gecə yüngül hiss edir. Uf, nə sərin hava gəldi.
Həmçinin bax: