Mobil rabitə sistemində geniş yayılmış, qısa mesajlar ötürməyə xidmət edən texnologiya. □ Mobil telefon istifadəçiləri SMS vasitəsilə bir-birinə 160 işarədən çox olmayan yazılı mesajlar göndərə bilirlər.
Azərbaycan dilinin izahlı lüğətiİctimai həyata, ictimai quruluşa və ictimai münasibətlərə aid olan. □ Sosial həyat.
Həmçinin bax:
Cəmiyyət və sosial sistemlər haqqında elm. □ Sosiologiya müxtəlif sosial hadisələrin qarşılıqlı əlaqəsini və insanların sosial davranışının ümumi qanunauyğunluğunu öyrənir.
Həmçinin bax:
1. Fizika. Hər hansı fiziki kəmiyyətin (adətən, enerji, tezlik və ya kütlə) paylanma sıxlığı. □ “Spektr” terminini elmə İsaak Nyuton gətirmişdir.
2. Müxtəliflik, rəngarənglik, bir şeyin diapazonu. □ Yaradıcılığın geniş spektri.
Azərbaycan dilinin izahlı lüğəti1. Bəzi ölkələrdə parlament və ya palata sədri. □ Milli Məclisin spikeri.
2. Konfrans, debat və s. toplantılarda əsas məruzəni təqdim edən natiq. □ Spikerin işarəsi.
3. Boks yarışında hakimlərin qərarını tamaşaçılara bildirən hakim.
Azərbaycan dilinin izahlı lüğətiHansısa ideya və layihənin gerçəkləşməsini himayə edən, onu maliyyələşdirən şəxs və ya qurum. □ Xeyriyyəçidən fərqli olaraq sponsor maliyyələşdirdiyi layihədə müəyyən maraq güdür: məhsulunu reklam edir, imicini qaldırır, reytinqini yüksəldir və s.
Həmçinin bax: