Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

sosial sifariş

1. Ümumən cəmiyyət və ya onun müəyyən hissəsi üçün aktual və zə­ruri olan ictimai tələbat.

KİV audi­to­ri­yalarını genişləndirmək üçün bu tələbatı ödəməyə, əhalini daha çox maraqlandıran mövzulara, verilişlərə üstünlük verməyə çalışır. Media S.S.-i yerinə yetirməklə ya­naşı, həm də onun formalaşdırılmasında mühüm rol oynayır.

2. Dövlət orqanının məq­sədli sosial proqramları həyata keçir­mək üçün büdcədən maliyyələşdirilməklə qeyri-hökumət təşkilatlarına, o cümlədən kütləvi informasiya vasitələrinə verdiyi si­fariş.

Belə sifarişlər əhalinin maarif­lən­dirilməsinə, yeni ideya və texnologiyaların təbliğinə və s. məqsədlərə xidmət edə bi­lər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti