Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

parlament [parlament] isim ing. parliament < fr. parler – danışmaq

Konstitusiyalı dövlətlərdə ali qanunverici orqan; nümayəndələr məclisi. □ Parlamentin tərkibi majoritar və ya proporsional üsullarla keçirilən seçki ilə müəyyənləşdirilir.

See also:

jurnalistika: parlament müxbiri Azərbaycan dilinin izahlı lüğəti

parodiya [parodiya] isim yun. parodia < para – əksinə + ode – mahnı, nəqərat – hərf. tərsinə mahnı

1. Auditoriyanı güldürmək məqsədilə tanınmış şəxsin təqlid edilməsi, yamsılanması; təqlid. □ Parodiya sənəti.

2. Məcazi mənada: istehza ilə: orijinal olmayan, təkrarlanan. □ Parodiyaya oxşatmaq.

Azərbaycan dilinin izahlı lüğəti

partitura [partitura] isim ital. partiturahərf. ayırma, paylaşdırma < lat. partio – bölürəm, ayırıram

Musiqi. Çoxsəsli vokal, instrumental, yaxud vokal-instrumental əsərin not yazısı. □ Partiturada hər bir alət, yaxud səs partiyası ayrı-ayrı not xətlərində yazılır.

Azərbaycan dilinin izahlı lüğəti

partnyor [partnyor] isim fr. partenarie – oyundaş

Hər hansı sahədə (incəsənət, idman, biznes və s.) tərəf-müqabil; birgə işgüzar və s. münasibətdə olan tərəflər. □ Partnyor seçmək.

Azərbaycan dilinin izahlı lüğəti

partokratiya [partak'ratiya] isim lat. partio – bölgülər + yun. kratos – hakimiyyət

Politologiya. Siyasi, qanunverici və icraedici hakimiyyətin bir partiyaya tabe olduğu ictimai quruluş; ölkədə siyasi hakimiyyəti öz əlində cəmləşdirən partiya bürokrat təbəqəsi. □ Partokratiya hakimiyyəti.

Azərbaycan dilinin izahlı lüğəti

pasxa [pasxa] isim yun. pasxa – keçmək, etmək

1. İlahiyyat. Yəhudilərin və xristian xalqlarının dini bayramı. □ Pasxa şirniyyatı.

2. Xristianlarda həmin bayram münasibətilə bişirilən dördüzlü kiçik piramida şəklində kəsmikli şirin yemək.

Azərbaycan dilinin izahlı lüğəti

pasiyent [pasiyent] isim lat. patiens – səbirli, iztirab çəkən

Tibb. Tibbi yardım alan insan, həkimin yanına müalicəyə gəlmiş xəstə. □ Pasiyentin xəstəlik tarixçəsi.

Azərbaycan dilinin izahlı lüğəti

pasifizm [pasifizm] isim lat. pacificus – dinclik, əmin-amanlıq

Politologiya. Müharibələrə qarşı çıxan və yer üzündə sülhün olmasını istəyən siyasi cərəyan, dünyagörüşü. □ Pasifizmə çağırış.

Azərbaycan dilinin izahlı lüğəti

passat [passat] isim ispan

Coğrafiya. Şimal və Cənub yarımkürələrində tropiklə ekvator arasındakı sahələrdə əsən daimi şimal-şərq küləyi; quru külək. □ Passat küləyi.

See also:

coğrafiya: cənub-şərq passatı coğrafiya: passat cərəyanları coğrafiya: şimal-şərq passatı Azərbaycan dilinin izahlı lüğəti

passionar [passiyanar] sifət lat. passio – zövq, ehtiras, coşqunluq

Həddən artıq enerjiyə malik olan və bu enerjini məqsədyönlü şəkildə ətraf aləmin dəyişməsinə yönəldən. □ Passionar şəxs.

Azərbaycan dilinin izahlı lüğəti

pastor [pastor] isim lat. pastorhərf. çoban, naxırçı

İlahiyyat. Protestant təriqətində ruhani; keşiş. □ Pastorun öyüdləri.

Azərbaycan dilinin izahlı lüğəti

patent [patent] isim lat. patens (patentis) – şəhadətnamə

1. İxtiraçının müəlliflik hüququnu təsdiq edən vəsiqə, sənəd. □ Patent almaq.

2. Alver, sənət və s. ilə məşğul olmaq hüququ verən şəhadətnamə; hər hansı hüququ, səlahiyyəti və s.-ni təsdiq edən şəhadətnamə. □ Konsul patenti. Gəmi patenti.

Azərbaycan dilinin izahlı lüğəti

patogenez [patagenez] isim yun. pathos – xəstəlik + genesis – mənşə

Tibb. Patologiyanın bir bölməsi; xəstəliyin başlanması ilə onun klinik təzahürləri arasındakı müddətdə orqanizmdə gedən ən mürəkkəb bioloji proses. □ Xəstəliyin patogenezi.

Azərbaycan dilinin izahlı lüğəti

patologiya [patalogiya] isim yun. pathos – xəstəlik + ...logiya

1. İnsan və heyvan orqanizmində xəstəliklərin və ayrı-ayrı qeyri-normal proseslərin yaranması, gedişatı və nəticəsi ilə bağlı qanunauyğunluğu öyrənən elm. □ Hüceyrə patologiyası.

2. Məcazi mənada: normadan yayınma, eybəcər olan, qeyri-normal bir şey. □ Sosial patologiya.

Azərbaycan dilinin izahlı lüğəti

pedant [pedant] isim fr. pedant < it. pedantehərf. pedaqoq, müəllim

İşin məğzinə varmadan yalnız formal qaydaların yerinə yetirilməsini tələb edən şəxs; vasvası, xırdaçı adam; formalist. □ Mahiyyətə xələl gətirməyən hər kiçik qüsura irad tutan pedant yaradıcı fantaziyanı və sərbəstliyi məhdudlaşdırır.

Azərbaycan dilinin izahlı lüğəti