Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

orijinal [orijinal] isim yunan

1. Bir yazının, şəklin və s.-nin əsli (surət qarşılığı). □ Portretin orijinalı. Kitabın orijinalı.

2. Başqa dilə tərcümə üçün əsas olan mətn, başqa dilə tərcümə olunan mətnin əsli. □ Tərcümənin orijinala yaxınlığı.

3. Mətbəədə yığılan, yaxud kompüterdə yazılan mətnin əlyazısı. □ Orijinalla tutuşdurub yoxlamaq.

4. Sifət kimi: bir şeyin – yazının, şəklin və s.-nin əsli olan, surəti olmayan. □ Sikkələrin orijinal nüsxəsi.

5. Sifət kimi: müstəqil yaradıcılıq məhsulu olan, başqalarından götürülməyən, başqasına təqlidən yaradılmayan, tərcümə olmayan. □ Orijinal əsər.

6. Sifət kimi: başqalarına oxşamayan, təqlidçilikdən uzaq olan, ancaq özünə məxsus olan. □ Orijinal talant.

7. Qeyri-adi, qəribə. □ Orijinal adam.

Həmçinin bax:

jurnalistika: orijinal-maket Azərbaycan dilinin izahlı lüğəti