1. Bir şeyin nağd pul olmadan alınması və ya satılması.
2. Nağd pul olmadan alınmış, ya satılmış şeyin özü, yaxud nisyə satılmış və ya alınmış şeyin verilməli olan pulu. □ Molla, mənim özümün pulum var, amma tamam nisyədədir. (M.F.Axundzadə).
3. Məcazi mənada: boş, əsassız, həyata keçə bilməyən, qeyri-real. □ Nisyə söhbətlər.
Həmçinin bax:
1. Əsər, əlamət, iz. □ Amma sənin itəcəkdir ad-sanın; Qalmayacaq yer üzündə nişanın. (A.Səhhət).
2. Bir şeyi digərindən ayıran əlamət, tanınmaq üçün qoyulan işarə; nişanə. □ Ərəb atın dastanını söylərəm; Üç yaşında hər nişanı bəlli olur. (“Koroğlu”).
3. Yaxşı olmuş yaranın qalmış izi, əlaməti, yeri. □ Qolunda güllə nişanı var.
4. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə; nişanə. □ Nişanı vurmaq.
5. Odlu silahlarda hədəfi nişan almaq üçün lülə üzərində çıxıntı.
6. Hər hansı bir xidmət və ya hər hansı bir hadisənin xatirəsinə görə bir təşkilat tərəfindən verilən üstü yazılı, şəkilli metal və s.-dən hazırlanmış xüsusi lövhəcik. □ Döş nişanı. Qızıl nişan.
7. Oğlan tərəfindən qızı nişanlamaq məqsədilə göndərilən üzük, şirni və s. şeylər. □ Nişan üzüyü. Nişan xonçası.
Həmçinin bax:
1. Arxaizm. Oğlanın gizli olaraq adaxlısı ilə görüşməsi. □ ...Nişanbazlığa getmişmiş, bədbəxt, evdə duyublar... (N.Vəzirov).
2. Qadınlarla xəlvəti görüşmə; adaxlıbazlıq. □ ...şəhərin yavıqlığındakı kəndə nişanbazlığa gedirdi. (Y.V.Çəmənzəminli).
3. Nişan vermə, nişan alma işi. □ Nişanbazlıq adəti.
1. Əsər, əlamət, iz. □ Mənə gizlin bir nişanə göndərdin; Aşkara başıma qaxmağın nədir? (M.P.Vaqif).
2. Bir şeyi digərindən ayıran əlamət, tanınmaq üçün qoyulan işarə; nişan.
3. Yaxşı olmuş yaranın qalmış izi, əlaməti, yeri.
4. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə; nişan.
5. Bir şeydən nümunə. □ Parçadan nişanə göstərmək.
6. Ölən adamdan sonra qalan miras, övlad, şey mənasında. □ Mən öldüm, anam qaldı; Oduma yanan qaldı; Bir balam, bir də atım; Mənim nişanəm qaldı. (Bayatı).
1. Güllə, ox və s. ilə vurulmalı olan hədəf, nöqtə; nişanə.
2. Odlu silahlarda hədəfi nişan almaq üçün lülə üzərində çıxıntı. □ İskəndər kişi onların qaraltısını görürdüsə də, tüfəngin nişangahını seçmirdi. (M.Hüseyn).
3. Bir şeyə, hadisəyə xatirə olmaq üçün nişan qoyulmuş yer, nişan basdırılan yer; nişanə. □ Dağ başında varsa da bir nişangah; Ətrafını basmış vəhşi gül, giyah. (A.Səhhət).
1. Cizgi, nöqtə və s. vasitəsilə nişan qoymaq, başqalarından fərqləndirici işarə qoymaq. □ Kitabın səhifələrini nişanlamaq. Pəncərəni nişanlamaq.
2. Ad eləmək, üzük taxmaq, adaxlamaq. □ Üç gün sonra “getmirəm” – deyə ağladığına baxmayaraq, nişanladılar. (C.Cabbarlı).
3. Nişanaya almaq, tuşlamaq. □ ...özünü toplayıb geri dönür və ayını nişanlayıb iki qolları arasından vurur. (A.Şaiq).