1. Sancan heyvanlarda (əqrəb, arı və s.-də) sancdıqları yerə zəhər buraxmaq üçün orqan. □ Əqrəb kimi neştər gücü var dırnağımızda. (M.Ə.Sabir)
2. Məcazi mənada: sancan, iynə. □ Düşmən gözünün neştəridir. (M.S.Ordubadi)
3. Yaranı, çibanı və s. yarmaq, deşmək üçün ikiağızlı, itiuclu cərrah bıçağı. □ Zabit elə bağırdı ki, sanki .. yetişmiş çibanına neştər soxdular. (Ə.Vəliyev)