Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nişanlamaq [nişannamax] feil

1. Cizgi, nöqtə və s. vasitəsilə nişan qoymaq, başqalarından fərqləndirici işarə qoymaq. □ Kitabın səhifələrini nişanlamaq. Pəncərəni nişanlamaq.
2. Ad eləmək, üzük taxmaq, adaxlamaq. □ Üç gün sonra “getmirəm” – deyə ağladığına baxmayaraq, nişanladılar. (C.Cabbarlı).
3. Nişanaya almaq, tuşlamaq. □ ...özünü toplayıb geri dönür və ayını nişanlayıb iki qolları arasından vurur. (A.Şaiq).

Azərbaycan dilinin izahlı lüğəti