Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

media [mediya] isim ing. media < lat. medium – ara, araçı, vasitəçi

Jurnalistika. Cəmiyyəti məlumatlandıran və hakimiyyət üzərində ictimai nəzarəti gerçəkləşdirən yazılı (qəzet, jurnal) və elektron (televiziya, radio) informasiya vasitələri; kütləvi informasiya vasitələrinin (KİV) ümumi adı. □ Yazılı media.

Həmçinin bax:

jurnalistika: alternativ media jurnalistika: audiovizual media jurnalistika: çap mediası jurnalistika: diaspora mediası jurnalistika: digital media jurnalistika: dini media jurnalistika: elektron media jurnalistika: elitar media jurnalistika: ənənəvi media jurnalistika: əyləncəli media jurnalistika: feminist media jurnalistika: feminist media nəzəriyyəsi jurnalistika: icma mediası jurnalistika: keyfiyyətli media jurnalistika: konfessional media jurnalistika: korporativ media jurnalistika: mass media jurnalistika: media bazarı jurnalistika: media bazarının inhisarlaşdırılması jurnalistika: media bazarının monopoliyaya alınması jurnalistika: media festivalı jurnalistika: media fəlsəfəsi jurnalistika: media qanunvericiliyi jurnalistika: media mədəniyyəti jurnalistika: media məhsulları jurnalistika: media müxtəlifliyi jurnalistika: media sahibkarı jurnalistika: media sahibkarlığı jurnalistika: media savadı jurnalistika: media sənayesi jurnalistika: media siyasəti jurnalistika: media-holdinq jurnalistika: medianın dili jurnalistika: medianın tipologiyası jurnalistika: onlayn media jurnalistika: regional media jurnalistika: rəqəmsal media jurnalistika: sosial media jurnalistika: vətəndaş mediası jurnalistika: yeni media Azərbaycan dilinin izahlı lüğəti

meqa... [meqa] yun. megas – böyük

Nəyinsə böyük ölçülü olduğunu bildirən mürəkkəb sözlərin birinci hissəsi; məs.: meqavat, meqabayt, meqamarket, meqapolis, meqalayihə.

Azərbaycan dilinin izahlı lüğəti

meqapolis [meqapolis] isim yunan

Coğrafiya. Bir çox şəhərlərin və iri yaşayış məntəqələrinin birləşməsi və sürətli inkişafı nəticəsində yaranan müasir nəhəng şəhər. □ Bakı meqapolisə çevrilir.

Azərbaycan dilinin izahlı lüğəti

melanxolik [melanxolik'] isim yun. melas, melanos – qara + chole – öd

Psixologiya. Hippokratın fərqləndirdiyi dörd temperament növündən biri; ruh düşkünlüyü, məyusluq, uğursuzluqdan tez sarsılma, güclü hislərin zahirən zəif ifadəsi ilə müşayiət olunan temperament. □ Melanxolik davranışı.

Azərbaycan dilinin izahlı lüğəti

melanxoliya [melanxoliya] isim lat. melanxoliya – qara öd

Psixologiya. Ruh düşkünlüyü, bədbinlik, fikirçəkmə, depressiya və qəmginlik halı; məyusluq, bəd şeylər haqqında düşünmə və bundan əzab çəkmə. □ Melanxoliya əlaməti.

Azərbaycan dilinin izahlı lüğəti

meloman [melaman] isim yun. melos – mahnı + mania – ehtiras

Musiqiyə, mahnıya hədsiz aludəlik; mahnı, musiqi aşiqi.

Azərbaycan dilinin izahlı lüğəti

memorandum [memarandum] isim lat. memorandum – yadda saxlanılmalı olan

1. Müəyyən məsələ ilə bağlı tərəflərin prinsipial razılığını əks etdirən diplomatik sənəd; beynəlxalq münasibətlərdə xatırlatma notası; konkret məsələ ilə bağlı hökumətin mövqeyini detallı şərh edən diplomatik yazışma forması. □ Memorandum imzalamaq.

2. Ticarətdə müxtəlif məsələlərə dair xəbərdarlıq və xatırlatma məktubları. □ Memorandum göndərmək.

3. Sığorta zamanı (xüsusilə dəniz daşımalarında) sığortaçının zərəri ödəməkdən imtina etməsi hallarının siyahısı.

Azərbaycan dilinin izahlı lüğəti

memorial [memariyal] isim fr. memorial < lat. memorialis – xatirə

Kiminsə xatirəsini və ya əlamətdar hadisəni əbədiləşdirmək üçün inşa edilən xatirə memarlıq tikilisi; məşhur şəxsin yaşadığı binaya vurulan xatirə lövhəsi. □ Memorial lövhə.

Azərbaycan dilinin izahlı lüğəti

memuar [memuar] isim fr. memoires – xatirələr < lat. memoria – yaddaş

Ədəbiyyatşünaslıq. Müəllifin xatirələrini əks etdirən bədii-publisistik əsər, xatirat. □ Memuar, bir qayda olaraq, görkəmli siyasi xadimlərin, tanınmış elm və sənət adamlarının müasiri olduğu insanlar və iştirakçısı olduğu hadisələr barədə xatirələrini əks etdirir.

Azərbaycan dilinin izahlı lüğəti

menecer [menecer] isim ing. manager < manage – idarə etmək

Şirkətin fəaliyyətində idarəetməni həyata keçirən şəxs; müxtəlif sahələrdə idarəetmənin təşkili məsələləri üzrə mütəxəssis. □ Menecer vəzifəsi.

Azərbaycan dilinin izahlı lüğəti

menecment [menecment] isim ing. menagement – idarəetmə, rəhbərlik, təşkilat

İstənilən sahədə məhsuldarlığa nail olmaq üçün səmərəli idarəetmə; idarəçiliyin forma, metod, vasitə və prinsiplərinin məcmusu. □ Menecment kursları.

Həmçinin bax:

jurnalistika: informasiya menecmenti Azərbaycan dilinin izahlı lüğəti

mentalitet [mentalitet] isim ing. mentality < lat. mentis – ağıl, intellekt, düşüncə

Milli ənənə və yaşam tərzindən doğan düşüncə və davranış, ağıl və təfəkkür tərzi; dünyanı, ətrafı duyma və qavrama özəlliyi. □ Mentalitet insanların qavrayışında, dünyagörüşlərində onların həyat tərzi, təhsili, mədəniyyəti ilə şərtlənmiş psixoloji-intellektual xüsusiyyətdir.

Azərbaycan dilinin izahlı lüğəti

mer [mer] isim fr. maire < lat. major – böyük

Bir sıra ölkələrdə bələdiyyə qurumlarında ən yüksəkvəzifəli şəxs; bələdiyyə rəhbəri. □ Meri bələdiyyə, yaxud bilavasitə əhali seçir; bəzi ölkələrdə isə mərkəzi hökumət təyin və ya təsdiq edir.

Azərbaycan dilinin izahlı lüğəti

merkantil [merk'antil] sifət fr. mercantile < ital. mercantile (mercante) – tacirlik, tamahkarlıq

Hər hansı məsələdə öz maraqlarını nəzərə almaqla iş görən, mənfəətpərəst, şəxsi qazancını güdən, təmənnalı, pulgir. □ Merkantil yanaşma.

Azərbaycan dilinin izahlı lüğəti

mesenat [mesenat] isim lat. Maecenas (Maecenatis)xüs. Romanın rəssamlarına və şairlərinə himayədarlıq edən dövlət xadimi Messenatın (e.ə. I əsr) adından

Elm, təhsil və mədəniyyətə himayədarlıq edən və ona maliyyə dəstəyi verən xeyriyyəçi. □ Hacı Zeynalabdin Tağıyev böyük mesenat idi.

Azərbaycan dilinin izahlı lüğəti