1. Yönəldərək, istiqamətləndirərək bir yerdən keçib getməsinə, ya bir yerə keçməsinə kömək etmək, ya keçməyə məcbur etmək. □ Qonaqları yuxarı başa keçirmək. Mal-qaranı çaydan (meşədən, körpüdən) keçirmək. Sərhəddən qoşun keçirmək.
2. Yanınca, yaxud qucağında, dalında bir şeyin içərisindən o biri tərəfə aparıb çatdırmaq. □ Uşağı çaydan keçirmək. Küçənin o biri səkisinə keçirmək.
3. Taxmaq, geydirmək. □ Barmağa üzük keçirmək. Pəncərənin çərçivəsini keçirmək. İynəyə sap keçirmək. Qol-qola keçirmək. Çəkməni ayağına keçirmək. Yorğana üz keçirmək.
4. Başqa işə, xidmətə, yerə təyin etmək, qoymaq. □ Kiçik elmi işçi vəzifəsinə keçirmək. Uşağı musiqi məktəbinə keçirmək. Ayrı işə keçirmək. Futbol komandasını “B” qrupuna keçirmək.
5. Maşının və s.-nin iş üsulunu, xarakterini dəyişdirmək. □ Zavodu yeni iş üsuluna keçirmək. Təsərrüfat hesabına keçirmək.
6. Həyata keçirmək, yerinə yetirmək, icra etmək. □ İclas keçirmək. Müsabiqə keçirmək. Əkin kampaniyası keçirmək. Hərbi manevr keçirmək.
7. Yazmaq, aid etmək, daxil etmək. □ Məbləği bir hesabdan başqa hesaba keçirmək.
8. Bir şeyi (mülkü, hüququ və s.) rəsmi yolla başqasına vermək, onun adına yazdırmaq. □ Evi oğlunun adına keçirmək.
9. Bir şəxsin duyduğu həyəcan və s. hissləri bildirir. □ İztirab keçirmək. Həyacan keçirmək.
10. Bir müddət bir yerdə yaşamaq, olmaq, qalmaq. □ Uşaqlığını kənddə keçirmək. Ömrünü fəhləlikdə keçirmək. Köçəri həyat keçirmək.
11. Bir şəxsin halını, vəziyyətini bildirir. □ Ağır həyat keçirmək. Gününü xoş keçirmək. Bütün günü başağrısı ilə keçirmək.
12. Vaxtının bir hissəsini bu və ya başqa bir şeyə həsretmək və ya istifadə etmək. □ Vaxtını şən keçirmək. Bütün vaxtını məşğələlərdə keçirmək. Vaxtının çoxunu işdə keçirmək.
13. Keçiricilik (istilik, elektrik, səs və s.), keçirmə qabiliyyətinə malik olmaq. □ Metal istilik keçirir. İzolyatorlar elektrik keçirmir.
14. Məcazi mənada: ötürmək, sovuşdurmaq. □ Rüstəm kişi Qara Kərəmoğlunun sözünü zarafatla keçirmək istədi. (M.İbrahimov).
15. Məcazi mənada: çəkmək, görmək, başına gəlmək. □ Xəstəlik keçirmək.
16. Qəbul etdirmək, təsdiq etdirmək; bir şeyin qəbuluna, təsdiqinə, tətbiqinə nail olmaq. □ Məsələni iclasdan keçirmək. Təklifi keçirmək. Layihəni keçirmək.
Söndürmək. □ İşığı keçirmək. Ocağı keçirmək. Tonqalı keçirmək.
See also:
1. Hərəkət edərək, yeriyərək, addımlayaraq irəliləmək, yer dəyişmək, ötüb getmək, bir şeyi arxada buraxmaq. □ Yolla keçmək. Səki ilə keçərkən yoldaşımı gördüm.
2. Bir sahənin, yerin içindən, ortasından ötüb getmək, bir şeyin üstü və ya içi ilə yeriyərək, gedərək onu arxada buraxmaq. □ Meşədən keçmək. Kənddən keçmək. Tuneldən keçmək. El salan körpüdən hamı keçir. (Atalar sözü).
3. Yaşadığı, olduğu yeri dəyişmək, öz yerini dəyişmək. □ Nəbi .. Naxçıvan səmtində olan Keçili yaylağına keçir. (“Qaçaq Nəbi”).
4. Vəzifəsini, sənətini, işini, yaxud iş yerini, oxuduğu yeri dəyişmək. □ Başqa işə (vəzifəyə) keçmək. Tarix fakültəsinə keçmək.
5. Bir sinfi (kursu) bitirərək sonrakına daxil olmaq. □ Universitetin üçüncü kursuna keçmək. 10-cu sinfə keçmək.
6. Olduğu yeri tərk edib başqa yerə çəkilmək, girmək, daxil olmaq, içəri girmək. □ Kabinetə keçmək. Zala keçmək.
7. Birisini tərk edərək başqasına qoşulmaq, onunla birləşmək. □ Düşmən tərəfinə keçmək. Başqa cəbhəyə keçmək.
8. Dinini, əqidəsini dəyişib yeni din, əqidə qəbul etmək.
9. Bir təşkilata, dərnəyə qəbul olunmaq, daxil olmaq, girmək, üzv olmaq. □ Partiyaya keçmək.
10. Tərzi-hərəkətini dəyişmək, başqa cür hərəkət etməyə başlamaq. □ Müdafiədən hücuma keçmək. Qabaqcıl iş üsullarına keçmək.
11. Bir şeyin yerinə başqasını tətbiq etməyə başlamaq. □ Ciddi pəhrizə keçmək. Müsahibim birdən rus dilinə keçdi.
12. Bir məsələni, işi bitirib, yaxud yarımçıq qoyub başqasına başlamaq. □ Daha yüngül işə keçmək. Məruzə bitdikdən sonra müzakirələrə keçdilər.
13. Yer tutmaq, bir yerdə qərar tutmaq, dayanmaq. □ Məruzəçi tribunanın dalına keçdi. Usta dəzgahın arxasına keçdi.
14. Müəyyən həddi ötmək, ötüb keçmək, başa çatmaq (vaxt haqqında). □ Saat on biri keçmişdi. Günlər keçir.
15. Cərəyan etmək, müəyyən müddət bir yerdə qalmaq, olmaq. □ ..Dabbağ qəribə bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdə keçmişdi. (M.İbrahimov).
16. Davam etmək, olmaq. □ Bir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin və biçini əmələ gəlmirdi. (A.Şaiq).
17. Məşğul olmaq, öyrənmək. □ Onlar şəhid olub millətimizə; Cəsarət dərsini təlim keçdilər. (B.Vahabzadə).
18. Davam edərək müəyyən nəticə ilə bitmək, sona çatmaq. □ Mitinq çox gurultulu keçdi. İmtahanlar müvəffəqiyyətlə keçdi. Məşğələ çox maraqlı keçdi.
19. Bir şeyin (oxumağın, təlimin, müalicənin və s.) müddətini başa vurmaq, yerinə yetirmək. □ Hərbi xidmət keçmək. Kurs keçmək. Təcrübə keçmək. Müalicə kursu keçmək.
20. Oxumaq, öyrənmək. □ Dərs keçmək.
21. İrəlidə olmaq, ötmək. □ Bir-birini keçmə həvəsi ilə yarışmaq.
22. Məcazi mənada: ötmək, ötüb keçmək, geriyə buraxmaq. □ Şagird ustasını keçdi. O bizi çoxdan keçib.
23. Uçub getmək, uçaraq ötmək. □ Bir dəstə quş damın üstündən keçdi.
24. Yox olmaq, çəkilmək. □ Üzündəki təbəssüm işartısı birdən keçdi. Başının ağrısı keçdi. Uşağın qızdırması keçdi.
25. Kəsmək, kəsilmək, dayanmaq, nəhayətlənmək. □ Axşamdan yağan yağıntı keçdi. Fırtına keçdi.
26. Birisinin sərəncamına, ixtiyarına verilmək, birisinə çatmaq, onun malı olmaq. □ Mülk varislərin ixtiyarına keçdi.
27. Məcazi mənada: birindən o birinə sirayət etmək (adət, ənənə, xasiyyət və s. haqqında). □ Bu xasiyyət ona kimdən keçmişdir?
28. Məcazi mənada: birindən o birinə sirayət etmək (xəstəlik haqqında). □ Qızılca uşağa keçdi.
29. Yayılmaq, başqalarını əhatə etmək. □ Yanğın qonşu evlərə keçdi.
30. Məcazi mənada: təsir etmək, nüfuz etmək, işləmək. □ Şaxta (soyuq) adamın iliyinə keçir.
31. Yoxlamaya, müayinəyə və s. uğramaq. □ Karantindən keçmək. Müayinədən keçmək. Attestasiyadan keçmək.
32. Məcazi mənada: bağışlamaq, sərfi-nəzər etmək, əfv etmək. □ Mənə etdiyin pislikdən keçirəm. Günahından keçmək.
33. Məcazi mənada: müzakirə, səsvermə nəticəsində qəbul olunmaq, təsdiq edilmək, seçilmək. □ Bir səslə keçmək. Səsvermədən keçməmək. Namizəd keçmədi.
34. Dəyişmək (paltar, geyim və s. haqqında). □ Qış paltosuna keçmək. Papağa keçmək. Yay paltarına keçmək. Qış formasına keçmək (Hərbi ifadə).
35. Məcazi mənada: güzəşt etmək, bağışlamaq, əvəzini istəməmək, vaz keçmək, sərfi-nəzər etmək, fəda etmək, əl çəkmək. □ Haqqından (iddiasından) keçmək. Mənafeyindən keçmək.
36. Yaramaq, qüvvədə olmaq, təsirdə olmaq. □ Köhnə pullar indi keçməz. Onun hökmü daha keçmir.
37. Keçib, keçibdir, keçmişdir şəklində – olub-bitmiş bir iş, hadisə və s. haqqında (adətən güzəşt mənasında işlənir). □ Qardaşım, ondan keçibdir. (M.S.Ordubadi).
Sönmək. □ Lampa keçdi. Qaz keçdi.
See also:
1. Olub getmiş zaman, ötüb keçmiş zaman, ötüb getmiş vaxt, keçmişdəki həyat, hadisələr. □ Keçmişi unutmaq. Keçmişə bir nəzər. Uzaq keçmiş.
2. Zərf kimi: müəyyən vaxt keçdikdən sonra olmuş, baş vermiş. □ Günortadan 3 saat keçmiş gəlib çıxdı. Hadisədən iki gün keçmiş xəbər çatdı.
3. Keçmişlər şəklində – keçmiş zaman, dövr (qeyri-müəyyənlik bildirir). □ Qeyrilərini bilmirəm, mən indi keçmişlərə nisbətən hər dəfə teatrdan evimizə şad və xürrəm gedirəm. (C.Məmmədquluzadə).
See also:
1. Ruhi və ya səhhətcə vəziyyət; hal, əhval. □ Kefin necədir? Kefini soruşmaq. Bu gün kefim yaxşı deyil.
2. Xoş əyləncə, xoş vaxt keçirmə; nəşə. □ Kef məclisi. Hər kəs öz kefində.
3. Arzu, həvəs, istək, meyil, könül mənasında. □ Kefinə görə danışır. Kefi istəyən kimi hərəkət edir.
4. Kefidir (kefimdir) şəklində – bəxti (bəxtim) gətirib, işi (işim) düzəlib. □ Dövlətli qoca kişilərin kefidir, ha! (C.Məmmədquluzadə).
See also: