Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

keçirmək1 [keçirməx'] feil

1. Yönəldərək, istiqamətləndirərək bir yerdən keçib getməsinə, ya bir yerə keçməsinə kömək etmək, ya keçməyə məcbur etmək. □ Qonaqları yuxarı başa keçirmək. Mal-qaranı çaydan (meşədən, körpüdən) keçirmək. Sərhəddən qoşun keçirmək.
2. Yanınca, yaxud qucağında, dalında bir şeyin içərisindən o biri tərəfə aparıb çatdırmaq. □ Uşağı çaydan keçirmək. Küçənin o biri səkisinə keçirmək.
3. Taxmaq, geydirmək. □ Barmağa üzük keçirmək. Pəncərənin çərçivəsini keçirmək. İynəyə sap keçirmək. Qol-qola keçirmək. Çəkməni ayağına keçirmək. Yorğana üz keçirmək.
4. Başqa işə, xidmətə, yerə təyin etmək, qoymaq. □ Kiçik elmi işçi vəzifəsinə keçirmək. Uşağı musiqi məktəbinə keçirmək. Ayrı işə keçirmək. Futbol komandasını “B” qrupuna keçirmək.
5. Maşının və s.-nin iş üsulunu, xarakterini dəyişdirmək. □ Zavodu yeni iş üsuluna keçirmək. Təsərrüfat hesabına keçirmək.
6. Həyata keçirmək, yerinə yetirmək, icra etmək. □ İclas keçirmək. Müsabiqə keçirmək. Əkin kampaniyası keçirmək. Hərbi manevr keçirmək.
7. Yazmaq, aid etmək, daxil etmək. □ Məbləği bir hesabdan başqa hesaba keçirmək.
8. Bir şeyi (mülkü, hüququ və s.) rəsmi yolla başqasına vermək, onun adına yazdırmaq. □ Evi oğlunun adına keçirmək.
9. Bir şəxsin duyduğu həyəcan və s. hissləri bildirir. □ İztirab keçirmək. Həyacan keçirmək.
10. Bir müddət bir yerdə yaşamaq, olmaq, qalmaq. □ Uşaqlığını kənddə keçirmək. Ömrünü fəhləlikdə keçirmək. Köçəri həyat keçirmək.
11. Bir şəxsin halını, vəziyyətini bildirir. □ Ağır həyat keçirmək. Gününü xoş keçirmək. Bütün günü başağrısı ilə keçirmək.
12. Vaxtının bir hissəsini bu və ya başqa bir şeyə həsretmək və ya istifadə etmək. □ Vaxtını şən keçirmək. Bütün vaxtını məşğələlərdə keçirmək. Vaxtının çoxunu işdə keçirmək.
13. Keçiricilik (istilik, elektrik, səs və s.), keçirmə qabiliyyətinə malik olmaq. □ Metal istilik keçirir. İzolyatorlar elektrik keçirmir.
14. Məcazi mənada: ötürmək, sovuşdurmaq. □ Rüstəm kişi Qara Kərəmoğlunun sözünü zarafatla keçirmək istədi. (M.İbrahimov).
15. Məcazi mənada: çəkmək, görmək, başına gəlmək. □ Xəstəlik keçirmək.
16. Qəbul etdirmək, təsdiq etdirmək; bir şeyin qəbuluna, təsdiqinə, tətbiqinə nail olmaq. □ Məsələni iclasdan keçirmək. Təklifi keçirmək. Layihəni keçirmək.

keçirmək2 [keçirməx'] feil

Söndürmək. □ İşığı keçirmək. Ocağı keçirmək. Tonqalı keçirmək.

Həmçinin bax:

frazeologizm: arabanı atdan qabağa keçirmək frazeologizm: başa torba keçirmək frazeologizm: başına qazan keçirmək frazeologizm: başına torba salmaq (keçirmək) frazeologizm: boğazına keçirmək frazeologizm: boynuna xalta keçirmək frazeologizm: çənginə keçirmək frazeologizm: dəvəni iynənin gözündən keçirmək frazeologizm: dövran keçirmək frazeologizm: ələ keçirmək frazeologizm: ələkdən keçirmək frazeologizm: girinə keçirmək frazeologizm: gözdən keçirmək frazeologizm: gözünün önündən keçirmək frazeologizm: gününü keçirmək frazeologizm: həyata keçirmək frazeologizm: həyəcan keçirmək frazeologizm: imtahandan çıxarmaq (keçirmək) frazeologizm: işə keçirmək frazeologizm: iynənin gözündən keçirmək frazeologizm: iztirab çəkmək (keçirmək) frazeologizm: kələfin ucunu ələ keçirmək frazeologizm: köynəkdən keçirmək frazeologizm: köynəyinin yaxasından keçirmək frazeologizm: qılıncdan keçirmək frazeologizm: pəncəsinə keçirmək frazeologizm: süzgəcdən keçirmək frazeologizm: təlaş keçirmək frazeologizm: tumanını başına çəkmək (keçirmək) frazeologizm: yüyənini ələ keçirmək Azərbaycan dilinin izahlı lüğəti